Beynəlxalq Linqvistika Olimpiadası (IOL) dünyada 13 beynəlxalq elm olimpiadasından biridir. IOL olimpiadasında dillər haqqında əvvəlcədən məlumat tələb olunmur. Sualların/problemlərin həlli üçün yalnız məntiqi qabiliyyət, səbirli iş və təxəyyül lazımdır. Suallar elə bir şəkildə qurulur ki, onları həll etmək üçün lazım olan hər şey verilən mətndə mövcud olur, mürəkkəb linqvistik jarqon və ya terminləri bilməyə ehtiyac yoxdur.
İştirakçılar beynəlxalq olimpiadada ana dilində rəqabət apara bilərlər. Olimpiadada VIII-XI siniflərdə təhsil alan 14-17 yaşlı şagirdlər iştirak edirlər.
2023 Azərbaycan Linqvistika Olimpiadası
2023 İOL Azərbaycan olimpiadasının seçim turunun I mərhələsi dekabrın 10-da Azərbaycan Turizm və Menecment Universitetində keçirildi. Olimpiadada müxtəlif məktəblərdən 347 şagird dilçilik üzrə biliklərini sınadılar.
Seçim turunun II mərhələsində 116 şagird iştirak etdi. 25 nəfər III yer, 5 nəfər II yer, 2 nəfər III yerləri bölüşdülər. Mükafatlandırılma Bakı Ali Neft məktəbində baş tutdu.
I mərhələ
2023 olimpiada sualları Azərbaycan dilində - İOL Azerbaijan 2023 Seçmə tur
2023 Olimpiada sualları İngilis dilində - İOL Azerbaijan 2023 First Round
II mərhələ
2023 Olimpiada sualları Azərbaycan dilində - IOL final AZE
2023 Olimpiada sualları İngilis dilində - IOL Finals English
İOL Azerbaycan olimpiadasında iştirak linki. Ödəniş 20 AZN - https://olympic.goc.edu.az/
İOL üzrə 2023 Respublika olimpiadasının I mərhələsi - https://www.bil.edu.az/news/item/17
Azərbaycan və İngilis dilində sual nümunələri - https://goc.edu.az/sual-numunlri/
IOL olimpiadasının rəsmi səhifəsi - https://ioling.org
İOL üzrə suallar - https://ioling.org/problems/