İstanbul liseyinin 3 a sinifində plan üzrə növbəti dərsin mövzusu “Tarixi abidə” -lərdir. Sinif müəllimi Suzanna xanım mövzunu əyani faktlar əsasında izah etmək və şagirdlərin yaddaşına əbədi daxil etmək üçün "Şirvanşahlar sarayı" və "Qız qalası" abidəsində dərsi təşkil etdi.
Tarixi abidələr keçmişimizdən bu günə qədər gəlib çatmış qan yaddaşımızdır. Hər bir tarixi abidədə o dövrə məxsus memarlıq nümunəsi həmçinin qalanın tikilməsində məqsəd, onun yerləşdiyi yerin strateji əhəmiyyəti və sair bu kimi amillər öz əksini tapır. Hər bir tarixi abidə o dövrün siyasi, iqtisadi, hərbi və digər parametrlərini müfəssəl şəkildə özündə əks etdirir.
Şagirdlərdə böyük maraq doğuran tədris əsasında kiçik ziyarətçilər, daha geniş və yadda qalan elmi biliklər əldə etdilər. Həmçinin Azərbaycan tarixini əks etdirən onlarla tarixi abidə haqqında müxtəlif mənbələrdən məlumat almağı planlaşdırdılar.