YEMƏKXANA

Bakı İstanbul Liseyinin yeməkxanasında yüksək keyfiyyətli xidmət göstərilir.
Qida sahəsində tələb olunan standartlara əməl edilir. Təhlükəsiz və sağlam olduğunu təsdiq edən sertifikatlı ərzaqlardan istifadə edilməsini təmin edirik. Aşpaz heyəti peşəkarlıq sertifikatlarına malik olan seçilmiş əməkdaşlardır.Hər səhər hazırlanmış yeməklərin dadına baxılır və problemlər varsa, dərhal həll edilir. Hər ayın menyusu valideynlərə göndərilir.