Azərbaycan bölməsi

İstanbul liseyində təhsil şagir yönümlüdür, prosesin mərkəzində müəllim yox  şagird dayanır.   Liseydə şagirdlərə öz potensiallarını kəşf etmək, onu qiymətləndirmək, məntiqi və tənqidi təfəkkürə əsaslanmaq, həyatda məsuliyyətli, inamlı və yaradıcı olmaq kimi vacib keyfiyyətlər aşılanır. Liseydə açıq və işgüzar mühit mövcuddur. Dərs prosesinin elmi-nəzəri səviyyəsini yüksəltmək üçün İstanbul liseyində müəllim-şagird münasibətlərinin düzgün qurulmasına xüsusi fikir verilir. Şagirdlər  əsl bilik və bacarıqların qazanılması üçün məktəbdə hər bir şəraitin olduğunu görür və bundan bəhrələnirlər. İstanbul liseyi illərdiki uğurla fəaliyyət görsədir. Azərbaycan bölməsində şagirdlərin təhsili ilə bacarıqlı müəllim və texniki heyyət məşğul olur.  Dərslər müasir İKT vasitələri ilə təchiz edilmiş auditoriyalarda həyata keçirilir. Hər ayın sonunda test yolu ilə fənlər üzrə həyata keçirilən monitorinq qiymətləndirmə prosesi əldə edilmiş uğurları qiymətləndirməyə, çatışmayan cəhətləri aşkarlamağa, perspektiv inkişaf üçün görüləcək işləri müəyyənləşdirməyə  imkan verir. Bölmədə valideyinlərlə mütamadi olaraq əlaqə saxlanılır, övladlarının  təhsil uğurları haqqında onların elektron poçt ünvanlarına lazımi məlumatlar göndərilir. Şagirdlərin fərdi inkişaf xüsusiyyətləri və elmi bilikləri mənimsəmə səviyyələrinə görə müxtəlif tədris metodikalarının seçilməsi liseydə təhsil alan şagirdlərə daha böyük uğurlar qazanmağa imkan verir. Bütün bunlara görə İstanbul liseyinin azərbaycan bölməsinə olan maraq ildən-ilə artır.