Cambridge Department

Bakı İstanbul Liseyində Cambridge Department-i dünya üzərində bilinən kurikulumu Azərbaycan, Rus və Türk bölümlərində təhsil alan şagirdlər üçün əlçatan edir. English, Math və Science fənlərini prioritet olaraq seçir və Cambridge Assessment International Education çərçivəsində  təməli bacarıqlara dayanan təhsilə əsaslanır.
Dil biliklərinin möhkəmləndirilməsində English, analitik düşüncənin formalaşmasında Math, innovativ düşüncə və maraqların inkişaf etdirilməsində Science fənni tədris olunur. Departament şagirdlərin global və ali təhsil  alması üçün akademik təməl formalaşdırır və onları beynəlxalq dərəcəli İGCSE və A-Level kimi imtahanlara hazırlaşdırır.