TİBBİ YARDIM VƏ PSİXOLOJİ XİDMƏT

Bakı İstanbul Liseyində şagirdlərin sağlamlığı həkim nəzarəti altındadır. Səhhətində problem olan şagirdlərə ilkin tibbi yardım göstərilir, valideynlərlə mütləq əlaqə saxlanılır, şagirdə veriləcək dərman haqqında məlumat alınir. Siniflərdə şagirdlərin gigiyenik qaydalara əməl etmələri, təmizliyə riayət etmələri hər zaman həkimin diqqət mərkəzindədir. Şagirdlər müntəzəm olaraq sağlamlıqlarıni qorumaq, ziyanlı vərdişlərə meyil etməmək, yoluxucu xəstəliklər və bu xəstəliklərdən qorunma yolları haqqında məlumatlandırılır. VI, VII siniflərdə dərs ilinin I yarımilində ilkin tibbi yardım dərsi tədris olunur. Şagirdlərə öz səhhətlərinə qayğı göstərə bilməkləri üçün vacib tibbi biliklər və bacarıqlar aşılanır.

Psixoloji Xidmət:

Liseyimizdə peşəkar psixoloqlar fəaliyyət göstərirlər. Şagirdlər və valideynlərlə fərdi söhbətlər aparılır. Onlara lazımi psixoloji dəstək göstərilir. Valideynlərin istəyi ilə şagirdlər şəxsiyyətin analizi testindən keçirilir. Onların xarakter tipi müəyyənləşdirilir, fərdi xüsusiyyətləri aşkarlanır, zəif və güclü tərəflər dəqiqləşdirilir. Tədrisdə geriliklərin aradan qaldırılması üçün düzgün yanaşma yolları müəyyən edilir.