ÜMUMİ ORTA TƏHSİL

Azərbaycan və rus bölmələrində tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin kurikulumu əsasında keçirilir. Fənlər həftədə ən azı 15 saat olaraq tədris olunur. Şagirdlər müxtəlif fənn olimpiadalarında (Hippo, Teeneagle, Kenquru və digər), eləcə də şahmat üzrə dərəcə oyunlarında iştirak edirlər. Azərbaycan və rus bölmələrinin şagirdlərinin cədvəllərində ingilis dilində Math, Science, English dərsləri yer alır. Bu fənləri dərs planına əlavə etməkdə məqsədimiz Azərbaycan və Rus bölmələrin şagirdlərinin də ingilis bölməsinin şagirdləri kimi 9 və 11-ci siniflərdə beynəlxalq rəsmi Cambridge imtahanlarında iştirak edib Kembric kvalifikasiya diplomu əldə etməsidir. Hər fənn üzrə laboratoriyalar tam təchizatlıdır. Şagirdlər aylıq KSQ və rüblük BSQ imtahanlarından əlavə həftəlik mövzu üzrə keçirilən quiz imtahanlarına cəlb olunurlar. Bu, şagirdlərə həftə ərzində keçirilən mövzunun uğur faizini izləməyə imkan verir. Bundan əlavə, Cambridge rəsmi ingilis dili səviyyə sınaq və rəsmi imtahanları rəsmi Cambridge ingilis dili imtahan sertifikatı əldə edirlər.